|
|
|
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakıda fəaliyyət göstərən Şuşa şəhər 1 saylı tam orta məktəbdə "Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda seminar keçirib.
Nazirlikdən verilən məlumata görə, seminarda ayrı-ayrı işəgötürənlərin və Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik Tədbirlər Bölməsinin nümayəndələri, məktəbin müəllimləri, yuxarı sinif şagirdləri iştirak ediblər.
Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddinin 15 yaş olduğu, bu yaş dövrünədək uşaqların əmək münasibətlərinə cəlb edilməsinin qanunla qadağan edildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, həmçinin, yaşı 18-dən az olan şəxslərin əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən iş yerlərində işlərə cəlb edilməsi qadağandı.
CEYHUN