
Azərbaycanda 6000 nəfərədək əcnəbi tələbə təhsil alır.
Bunu 525.az-a açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov deyib. O qeyd edib ki, həmin tələbələr 40-a yaxın ölkəni təmsil edirlər. Daha çox isə Türkiyə, İran, Çin və Yaxın Şərq ölkələrindən olan tələbələr Azərbaycanın ali məktəblərində təhsil alırlar.
S.QARAYEVA



