https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

Ramin Musayev: "Həmin hakim Premyer Liqadan qovulacaq"

Ramin Musayev: "Həmin hakim Premyer Liqadan qovulacaq"
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Topaz Premyer Liqada geridə qalan 6 tur, hakimlərin idarəçiliyi və birinci divizionda iştirak edən komandaların çıxışı haqda Qol.Az saytının suallarını cavablandırıb


- Artıq çempionatda 6 tur arxada qaldı. Komandaların çıxışı haqda fikirlərinizi bilmək istərdik?

- Sevindirici haldır ki, komandalar arasında çox gərgin oyunlar keçir. Hələ VI tur olmağına baxmayaraq, insana elə gəlir ki, sanki çempionatın sonudur. Bunu çox yüksək qiymətləndirirəm.

- Cari mövsüm çempionat fəqli formatda keçirilir. Bu baxımdan ötən illə müqayisədə nə dəyişib?

- Bu gün çempionatda 10 komanda iştirak edir. Onlardan ən azı səkkizi çempionluğa oynayır. Bu da ürəkaçan haldır. Sponsor və klub rəhbərliyi tərəfindən komandaların qarşısına avroliqaya vəsiqə qazanmaq şərti qoyulub. Ona görə də gözəl oyunların şahidi oluruq. Bəzi klublar haqda fikirləşirlər ki, bu klub turnir cədvəlində aşağıdadır, iddiası qalmayıb. Ancaq hələ qarşıda 30 tur var. Hansı komandanın hansı yeri tutacağını demək olmaz. Onu bilirəm ki, ötənilki ilə müqayisədə bu mövsüm çempionat daha maraqlı və gərgin keçir. 

- Diqqətinizi cəlb edən komandalar hansılar oldu?

- Komandalar haqda danışmağa ixtiyarım yoxdur.

- Geridə qalan 6 tur ərzində hakimlikdən də şikayətlər oldu. Siz hakimlərin idarəçiliyini necə qiymətləndirirsiniz?

- Bilirsiniz ki, hazırda gənc hakimlərimiz çoxdur. Cəmi 3-4 nəfər peşəkar hakim adı çəkə bilərəm. Futbol elə oyundur ki, burada səhvlərdən qaçmaq mümkün deyil. Necə ki futbolçular səhv edir, hakimlər də səhv edə bilər. Baxırsan ki, iki oyunu yan-yana qaçır, topla olan futbolçu qol vurmaq imkanı olan komanda yoldaşına ötürmə vermir. Soruşanda ki niyə ötürmə vermədin? Deyir vallah görmədim. Hansıki həmin futbolçu öz formasındadır və yaxşı oyunçulardandır. Bu baxımdan hakimlər də səhv edə bilirlər. Hakim də insandı. Əgər epizod hakimin gözü qarşısında olursa, hakim bununla bağlı səhv qərar verirsə, onda həm AFFA, həm də PFL tərəfindən sorğular olur və qərar qəbul olunur. Sevindirici hal odur ki, hakimlərimizdə qərəzli səhv yoxdur. Hansısa hakimdən qərəz görsək, PFL tərəfindən AFFA Hakimlər Komitəsi qarşısında məsələ qaldırılacaq və həmin hakim  Premyer Liqadan qovulacaq.

- Birinci divizionda da artıq ilk tur başa çatdı. Hansısa oyunu izlədinizmi?

- Canlı izləməmişəm. Ancaq videoyazılara baxmışam. 

- Onların çıxışını necə qiymətləndirirsiniz?

- Vaxt azlığına baxmayaraq komandaların hazırlığı qənaətbəxşdir. Demək olar ki, komandaların 80 faizi çempionata hazırdır. 

- Birinci divizion oyunlarının canlı yayımlanması üçün işlər görüləcək?

- Sözsüz ki, bunu nəzərdə tutmuşuq. Maraqlı oyunlar televiziya vasitəsi ilə göstəriləcək. Planımızda var ki, maraqlı oyunlar artdıqca yayımların sayını da artıraq. 
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.