https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

AFFA-dan Yılmaz Vural açıqlaması

AFFA-dan Yılmaz Vural açıqlaması

“Milli komandanın baş məşqçisi Berti Foqtsdur və ilin sonuna qədər onunla müqaviləmiz var. Mövsüm bitəndən sonra onun millidə qalıb-qalmayacağı haqda AFFA İcraiyyə Komitəsi qərar verəcək”.

Qol.Az saytına açıqlamasında bu sözləri AFFA-nın Mətbuat və İctimaiyyətlə  Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu türkiyəli mütəxəssis Yılmaz Vuralın Azərbaycan milli komandasından təklif alması xəbərinə münasibət bildirərkən deyib.

Qeyd edib ki, Y.Vuralın AFFA prezidenti Rövnəq Abdullayevlə görüşəcəyi barədə heç bir rəsmi məlumat yoxdur: “Yılmaz Vuralın Türkiyə mətbuatına açıqlaması ilə tanışam. O, AFFA tərəfindən yox, kənar şəxs tərəfindən Bakıya dəvət olunub”.

Qeyd edək ki, Yılmaz Vural Türkiyə mətbuatına verdiyi açıqlamasında Bakıya dəvət olunduğunu və səfər zamanı AFFA prezidenti ilə görüşəcəyini söyləyib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.