|
|
|
|
Yay tətili günlərində Ukraynanın Odessa şəhərində uşaq və gənclərin “Sozvezdiya” XII Beynəlxalq festivalı keçirilib.
Festivalda Bakıdakı G.Şaroyev adına 35 nömrəli 11 illik uşaq musiqi məktəbinin məzunu Aydan Rüstəmova da iştirak edib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, IV kateqoriyada çıxış edən Aydan Rüstəmova bu festivalda birinci yerə layiq görülərək “Qızıl” mükafat qazanıb.
Almaniya, Çexiya, Rusiya, Amerika, Macarıstan və Ukraynadan olan münsiflər Aydanın çıxışını xüsusi qeyd ediblər. Festivalın açılışında Aydan Rüstəmova Polad Bülbüloğlunun “Doğma diyar” mahnısını həm Azərbaycan və rus dillərində oxuyub. Qala-konsertdə isə “Kambio Dolo” ispan mahnısını ifa edib. Festivalda 10 ölkədən 120 vokal ifaçısı yarışıb.
S.ABDULLAYEVA



