|
|
|
|
Qazaxıstan prezidenti səlahiyyətlərini icra edən Kasım-Jomart Tokayev ilk rəsmi səfərini Rusiyaya edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onun təyyarəsi “Vnekovo-2” hava limanında eniş edib.
Tokayevi Rusiya XİN-nin protokol şöbəsinin rəisi İqor Boqdaşev və Qazaxıstanın Rusiyadakı səfiri İmanqali Tasmaqambetov qarşılayıb.