https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Bakının Avropa çempionatına namizədliyi təsdiqləndi

Bakının Avropa çempionatına namizədliyi təsdiqləndi
UEFA Bakı şəhərini 2020-ci il Avropa çempionatını keçirməyə namizəd şəhər kimi təsdiqləyib. Bu haqda Lent.az-a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
 
Onun sözlərinə görə, bu haqda qərar UEFA-ya üzv ölkələrin milli federasiyalarının prezidentləri və baş katiblərinin Xorvatiyanın Dubrovnik şəhərində keçirilən toplantısında çıxarılıb. E. Məmmədov bildirib ki, Bakının çempionatı təşkil edəcək 13 şəhər arasına düşmə şanslarını rəqibləri açıqlandıqdan sonra dəyərləndirmək olar: “Biz qrup mərhələsinin 3, 1/8 final və ¼ final mərhələsinin isə hərəyə 1 oyununa ev sahibliyi etmək istəyindəyik. Görək, belə bir istəklə daha hansı şəhərlər çıxış edəcək. Yarımfinal və final oyunlarına isə özümüz iddia etmədik. Çünki bu zaman azarkeşlər 3 matça şahidlik edəcəkdilər. Biz isə daha çox – 5 oyunu qəbul etmək niyyətindəyik”.
 
Qeyd edək ki, namizəd şəhərlərin siyahısı sentyabrın 20-də Bakı vaxtı ilə saat 15:00-da, qalib şəhərlər isə 2014-cü il sentyabrın 14-də açıqlanacaq.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.