Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun sədrliyi ilə Ukraynanın Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın 15 illiyi ilə bağlı xarici işlər nazirləri Şurasının iclası öz işinə başlayıb.
525.az-ın XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda çıxış edən Nazir Elmar Məmmədyarov GUAM-ın yaranma tarixi, məqsədləri haqda söz açmış və təşkilata üzvləri tərəfindən dövlətlərin ərazi bütövlüyünü və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri dəstəklədiklərini vurğulayıb.
Həmçinin, Nazir Elmar Məmmədyarov GUAM-ın əməkdaşlıq coğrafiyasının genişlənərək ABŞ, Yaponiya kimi dövlətlərlə, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini qeyd edib. O, qeyd olunan əməkdaşlığa verdiyi töhfəyə görə iclasda iştirak edən ABŞ, Yaponiya və Avropa Birliyi nümayəndələrinə minnətdarlıq bildirib.
GUAM-ın Baş katibi V. Çeçelaşvili tədbirdə çıxış edərək təşkilatın prioritetlərindən danışıb. Eyni zamanda Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Y. Lyanke, Ukraynanın xarici işlər naziri K. Qrişşenko, Gürcüstanın xarici işlər nazirinin müavini D. Сalaqaniya, ABŞ-dan səfir Con Teft, Yaponiyadan səfir Toiçi Sakata, Avropa Komissiyasından isə Yan Tombinski təbirdə çıxış edib.
İclas GUAM xarici işlər nazirləri Şurasının Kommünikesinin qəbul ilə yekunlaşıb.