
Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəyin yeni kitabı işıq üzü görüb.
Üç yüzdən artıq mahnının söz yazarı, otuzdan çox şeir toplusunun müəllifi olan Yusif Həsənbəyin yeni kitabı "Göy qurşağı - cənnət körpüsü" adlanır.
Akademik Nizami Cəfərovun "O anlar ki, tarix yazdı" başlıqlı ön sözüylə işıq üzü görən "Göy qurşağı - cənnət körpüsü"ndə Yusif Həsənbəyin müxtəlif illərdə qələmə aldığı poema və şeirləri, "Əbdül dayı" adlı povesti yer alıb.



