|
|
|
|
İran Prezidenti Həsən Ruhani ABŞ-la nüvə sazişi üzrə danışıqların şərtlərini açıqlayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İran dövlət başçısı bildirib ki, rəsmi Tehran 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) ilə nüvə sazişi üzrə danışıqlar masası arxasında oturmağa hazırdır, lakin əvvəlcə Vaşinqton sanksiyaları aradan qaldırmalıdır.
“Əgər danışıqlar baş tutacaqsa, bu, 5+1 qrupu formatında olacaq. Biz açıq bəyan etmişik ki, danışıqlara hazırıq. Lakin bu sanksiya və təzyiq şəraiti altında olmamalıdır. Məndən soruşdular ki, siz nə vaxt 5+1 formatında görüşəcəksiniz. Mən cavab verdim ki, lap bir saat sonra 5+1 qrupunun iclasında iştirak edə bilərəm. Ancaq əvvəlcə danışıqlar üçün normal ab-hava olmalıdır”, - deyə H. Ruhani vurğulayıb.