|
|
|
|
AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Proqram təminatının səmərəliliyini artırmaq və idarəolunmasının optimallaşdırılması üçün TOPSİS metodunun tətbiqi” məqaləsi “Soft Computing” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə proqram təminatının səmərələliyini artırmaq və idarəolunmasını optimallaşdırmaq üçün metodoloji yanaşmadan istifadə etməklə qərarların qəbulu üçün TOPSİS metoduna müraciət olunub. Proqram təminatının meyarları və alternativləri müəyyənləşdirilərək digər işlərdə proqram təminatının iki və ya üç, habelə onun səmərəliyinin səkkiz xarakteristikasından istifadə edilib. Dörd ekspert proqramçının qiymətlərindən istifadə edilərək qərar qəbulunda ən pis və ən yaxşı alternativlərin qiymətləri tapılıb. Qiymətlərin tapılmasında ekspertlərin bacarığı da nəzərə alınıb. Aparılan sınaqlar yaxşı nəticə verib.
Qeyd edək ki, “Springer Nature” tərəfindən nəşr olunan “Soft Computing” jurnalı “Web of Science”, “DBLP”, “EBSCO Academic Search”, “EBSCO Engineering Source“, “Google Scholar”, “SCOPUS”, “INSPEC”, “Institute of Scientific and Technical Information of China” beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.