Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Frank Şvabenin rəhbərliyi altında 25 nəfərdən ibarət nümayəndə heyəti ilə ATƏT Parlament Assambleyası və Demokratik Təşkilatlar və İnsan Haqları Bürosunun nümayəndələri ilə birgə Azərbaycana səfər edəcək.
Secki-2020.az saytının xəbərinə görə, nümayəndə heyəti fevralın 7-dən 10-dək Azərbaycanda parlament seçkilərini müşahidə edəcək.
Qeyd olunur ki, nümayəndə heyəti namizədlər, partiya nümayəndələri, eləcə də Mərkəzi Seçki Komissiyasının, vətəndaş cəmiyyətinin, KİV-lərin nümayəndələri ilə görüşlər keçirəcək.