Avropa Şurası Parlament Assambleyasının (AŞPA) büro iclasında fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün göndəriləcək müşahidə missiyasının rəhbəri təsdiqlənib.
Secki-2020.az saytının xəbərinə görə, Frank Şvabe müşahidə missiyasının rəhbəri təyin olunub.
AŞPA-da təmsil olunan bütün 5 siyasi qurupu təmsil edən müşahidə heyəti fevralın 6-dan 10-dək parlament seçkilərini izləmək üçün Azərbaycana gələcək.