|
|
|
|
Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyasına qarşı qabaqlayıcı profilaktik tədbirlər görülür.
APA-nın məlumatına görə, bu məqsədlə tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq addımlar atılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən bildirilib ki, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunub, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılıb.