ABŞ Liviyada baş verən 11 sentyabr hadisələri ilə əlaqədar bu ölkəyə müvəqqəti olaraq səfir təyin edib.
Bu haqda ABŞ-ın Xarici İşlər Nazirliyi açıqlama verib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, yeni səfir təyin olunana qədər Laurence Pope bu vəzifəni yerinə yetirəcək. Daha öncə də səfir vəzifəsində çalışan Pope ABŞ-ın Liviya ilə işbirliyi quracağını söyləyib.
Xatırladaq ki, 11 sentyabrda ABŞ-ın Liviyadakı səfirliyinə edilən hücum nəticəsində səfir Kris Stevens öldürülmüşdü.