
“Azərbaycanda keçirilən parlament seçkilərini izləyən Vyetnamdan olan müşahidəçi aparılan müşahidələrin nəticələrinə dair mətbuat konfransı keçirib”.
Secki-2020.az saytının məlumatına görə, nümayəndə heyətinin rəhbəri, Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Nghiem Vu Khai deyib: “Azərbaycanda tam şəffaf seçki prosesi izlədik. Dörd gündür ki, Azərbaycandayıq. Artıq tam əminliklə deyə bilərik ki, biz parlament seçkisi keçirməkdə bir çox şeyləri sizdən öyrənməliyik. Bakı, Şəki və Qəbələdə seçkiyə hazırlıqla maraqlanmışıq. Seçkilərin tam ədalətli keçirildiyinin şahidi olduq. Beş məntəqədə müşahidə aparmışıq. Baş çəkdiyimiz məntəqələrdə şəffaflığın tam təmin olunduğunu müşahidə etdik, bütün namizədlərə bərabər şərait yaradılıb. Heç bir ayrı-seçkilik yoxdur. Proses tam şəffaf təşkil edilib. Seçicilərin normal səs verməsinə şərait yaradılıb".
Vyetnamlı müşahidəçi səsvermə prosesində müasir texnologiyaların istifadəsini də yüksək qiymətləndirərək bildirib: “Eyni zamanda, biz müasir texnologiyalardan yüksək istifadə edildiyini gördük. Yəni, hətta xarici ölkədə olan istənilən şəxs seçkiləri veb-kameralar vasitəsilə canlı izləyə bilər. Bu tam şəffaflıqdan xəbər verirdi. Biz getdiyimiz məntəqədə insanların tam demokratik səs verməsinin şahidi olduq, heç bir pozuntuya rast gəlmədik”.



