Mərkəzi Elmi Kitabxanaya (MEK) yeni direktor təyin edilib.
MEK-dən APA-ya verilən məlumata görə, Sevil Zülfüqarova AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, S.Zülfüqarova 2010-cu ildə Mərkəzi Elmi Kitabxanada çalışıb. Bundan əvvəl isə o, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kitabxana şöbəsinin müdiri olub.