|
|
|
|
Azərbaycanda orta təhsil məktəblərinin vahid məkandan idarə olunma sisteminin tətbiqinə dair araşdırmalar aparılır.
Bunu "APA-Economics"ə "Neuron Technologies" şirkətinin direktoru Vüqar Quliyev deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən aparılan araşdırmalar əsasən, bu sahə üzrə ixtisaslaşan şirkətlərin təklif etdiyi həllərin nəzərdən keçirilməsindən ibarətdir:
"Layihənin əsas məqsədi məktəblərin bir "çətir" altında birləşdirilməsi və idarə olunmasıdır. Məhz buna görə, bazarda mövcud olan platformaların imkanları araşdırılır ki, daha funksional sistemdən istifadə olunsun".