|
|
|
|

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək İctimai Birliyinin "Uğurlu gələcək naminə" layihəsi çərçivəsində daha bir təlim başa çatıb.
525.az-ın məlumatına görə, Bakıda keçirilən erkən nigah və insan alveri barədə iki günlük təlim kursu 30 noyabr-1 dekabr tarixində baş tutub.
Təlimdə iştirak edən 35 gəncə erkən nigah və insan alverinin hüquqi, tibbi və psixoloji tərəfləri barədə məlumat verilib. Təlim kursunun sonunda iştirakçılara sertifikatlar verilib.



