Səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 6-da saat 12:00-da Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda vətəndaşların müraciətləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.