Amerikanın Mərkəzi İnsan Haqları Qoruma Təşkilatı son zamanlar Suriyada baş verən hadisələri
izləyərək bu haqda açıqlama yayıb.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təşkilat konkret dəlillərə əsaslanaraq son zamanlar Suriyada baş verən olaylarla əlaqədar Əsəd rejimi tərəfindən vətəndaşların yaşadıqları ərazilərə çox saylı misket bombalarının atıldığını deyib.
Əldə olunan şəkillər də təşkilatın iddialarını bir daha təsdiqləyib. Daha çox ölkənin Şimal-Cənub ərazisinə düşən bombaların bəziləri hələ də partlamayıb. Deyr Ez-Zorrda çəkilən fotoların birində balaca uşağın partlamamış bomba ilə oynadığı göstərilir.
Sovet istehsalı olduğu güman edilən bombaların Suriya tərəfinə nə cür keçməsi isə məlum deyil. Mərkəzi İnsan Haqları Qoruma Təşkilatı İraq və Türkiyəni sərhədlərini açmağa çağırıb. Təşkilat açıqlamasında bu iki ölkə tərəfindən suriyalı qaçqınların sərhədləri keçməsində maneə törətdiyini söyləyib:
“1951-ci ildə Qaçqınlar haqda imzalanan qərara görə heç bir ölkə onların sərbəst axınına maneə ola bilməz. Qaçqınların axınına maneə törrətməklə bu iki ölkə beynəlxalq qanunun əsas şərtlərini pozur”.
Nigar Məhərrəm