|
|
|
|

Parlament Jurnalistləri Birliyinin (PJB) ötən il elan etdiyi "Şirməmməd Hüseynov mükafatı"nın qalibi müəyyənləşib.
Bu barədə PJB sədrinin müavini, "Şirməmməd Hüseynov mükafatı"nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy bildirib: "Nəzərdə tutulan prosedur qaydalara uyğun olaraq müzakirələrdən sonra qalib müəyyənləşdi. "Şirməmməd Hüseynov Mükafatı"nın ilk qalibi Azərbaycanın dəyərli aydınlarından biri, böyük araşdırmaçı, 1-ci dərəcəli müşavir-diplomat Ramiz Abutalıbovdur".
E.Paşasoy bildirib ki, Şirməmməd Hüseynov ömrünün 70 ilindən çoxunu daxili auditoriyaya xitabən araşdırmalara həsr edib, Cümhuriyyət və media tariximizin qaranlıq səhifələrinə işıq salıb, insanlarımızı tariximizdən agah etməyə çalışıbsa, Ramiz Abutalıbov yorulmaz fəaliyyəti dövründə daha çox xarici arxivlərə xitab etmiş böyük ziyalımızdır:
"Mükafata namizəd olan 15 nəfərin hər biri onu qazanmağa layiq idi. Namizədlər sırasında çox dəyərli insanlarımız, ziyalılarımızın adları var idi. Amma yekunda ən çox səs toplayan qalib oldu. PJB-nin gəldiyi qənaət odur ki, Ramiz Abutalıbovun bu mükafata haqqı çatır. Biz bu münasibətlə ilk qalibimizi, dəyərli Ramiz müəllimi ürəkdən təbrik edirik".



