Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılmasını tələb edən Regional Hökumətin başçısı ilə İngiltərənin baş naziri bu gün bir araya gələcək.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər bir araya gələrək referendumla əlaqədar qərarı imzalayacaqlar. İngiltərə və Şotlandiya arasında imzalanması nəzərdə tutulan müqavilə Şotlandiyanın müstəqilliyi üçün önəmli addımlardan hesab olunur. Əldə olunan razılığa görə Şotlandiyanın müstəqillik qazanması 2014-cü ilin payızında gerçəkləşə bilər. İngiltərə hökuməti tərəfindən gələn ilə təyin edilən referendumda 16, 17 yaşlı seçicilərin də iştirakı əzərdə tutulub.
Kameron ötən il keçirilən seçkilərdə şotlandiyalıların hökumətdən müstəqilliklərini tələb etmələrini və buna müvafiq olaraq addım atacaqlarını söyləyib. Regional Hökumətin başçısı Aleks Solmand şotlandiyalıların azadlıq ideyalarına hörmətlə yanaşaraq, onların söz-fikir azadlıqlarına da sayqı göstərdiyini bəyan edib. İngiltərənin Şotlandiya məsələləri üzrə məsul naziri Moore Şotland xalqının ən əhəmiyyətli qərarını bu səsvermədə verəcəyini söyləyib:
“Üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik. Ən böyük məsuliyyət isə Şotland xalqının üzərinə düşür”.