|
|
|
|

Avqustun 16-da Qafqazinfo.az xəbər portalının yaranmasının 10 ili tamam olur.
"Qafqazinfo" 2010-cu il avqustun 16-da oxucularına ilk xəbərini təqdim edib. Portalda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.
Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.
"525"in kollektivi həmkarlarını Azərbaycanın media məkanına qatılmalarının 10 illiyi münasibətilə təbrik edir, onları daha böyük uğurlar arzulayır!



