Amerikada prezidentliyə namizədlərin ikinci debatı ərəfəsində ölkədə keçirilən sorğu nəticəsində hazırkı prezident Barak Obama 49 faiz, rəqibi Mitt Romney isə 46 faiz səs toplayıb.
525.az-ın "Vaşinqton Post" qəzetinə istinadən verdiyi məlumata görə, prezidentliyə namizədlər arasında çox az səs fərqi müşahidə olunur. Sorğunu cavablandıran əksər amerikalılar Barak Obamanı daha dürüst və humanist hesab etdiklərini söyləyiblər. Seçicilərin təxminən üçdə ikisi bu namizədlər haqda əlavə informasiyalara ehtiyac olmadıqlarını söyləyərək, onlar haqda dolğun məlumata malik olduqlarını qeyd ediblər. Amerikalılar birinci debatda Romneyin qələbə qazandığını bilsələr də, nəticələrin onların namizədləri haqda düşüncələrinə təsir etməyəcəyini qeyd ediblər.
Lakin keçirilən sorğu göstərir ki, birinci debatın bəzi seçicilərin namizədlərinə münasibətlərində müəyyən təsirləri olub.
Ngar Məhərrəm