|
|
|
|
Çilinin sabiq diktatoru Auqusto Pinoçetin dövründə Çili-Peru sərhədinə basdırılmış on minlərlə minanın təmizlənməsinə başlanılıb.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bölgədəki piyada və tank əleyhinə minaların təmizlənməsi Norveçin Qeyri Hökümət Təşkilatı "Norvegian people"-in başçılığı altında 29 beynəlxaq təşkilatın iştirakı ilə baş tutacaq.
Fevral ayında şiddətli yağışlar nəticəsində bəzi minalar yerindən tərpənərək Peru sərhəddinə yaxın magistiral yola qədər irəliləyib.
RAMİQ