Qardaşım Afiq də daxil olmaqla bizə qələbə sevinci yaşadan bütün döyüşçülərimizə ithaf edirəm.
Murova könül verdin,
Silahından gül dərdin,
Düşməni yerə sərdin,
Mənim əsgər qardaşım.
Od-alovdan keçirsən,
Qarabağa uçursan,
Zəfərə yol açırsan,
Mənim əsgər qardaşım.
Döyüşürsən ilk gündən,
Yerin cəbhədə - öndə.
Şuşa umuruq səndən,
Mənim əsgər qardaşım.
Türkə tarix yazırsan,
Düşmənləri əzirsən,
Qələbəyə hazırsan,
Mənim əsgər qardaşım.
Qələbəni öpüm mən,
Gözlərimə təpim mən.
Yoluna gül səpim mən,
Mənim əsgər qardaşım.