Respublika Uşaq Kitabxanasının təsis etdiyi uşaq və yeniyetmələr üçün “Göy Qurşağı” jurnalının növbəti sayı http://clb.az/ saytında virtual oxucuların istifadəsinə verilib.
32 səhifədən ibarət jurnalda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ haqqında tarixi, eyni zamanda maraqlı məlumatlar verilib.
Uşaq və yeniyetmələrdə vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, hisslərini formalaşdırmaq, ədəbiyyata, mədəniyyətə olan marağı inkişaf etdirmək və təbliğ etmək məqsədi ilə nəşr olunan jurnalın sayca 71-ci sayıdır.
Jurnalda, Respublika Uşaq Kitabxananın vətənpərvərlik mövzusunda həyata keçirdiyi layihə və tədbirlərdən “Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı əsgərə məktub aksiyası haqqında ətraflı məlumat verilib.
Aksiya çərçivəsində kitabxananın elektron poçt ünvanına 1000- yaxın məktub daxil olub. Onlardan bir neçəsi jurnalda öz əksini tapıb.
Yeni kitablar rubrikasında hərb və vətənpərvərlik mövzusunda yazılmış kitablaroxuculara təqdim edilir. Jurnalda, cənnətməkan Qarabağ bölgəsinə aid xalçalar, axan çaylar, sülh və məhəbbət çiçəyi sayılan Xarıbülbül eləcə də, Ağdam bölgəsinə məxsus tarixi-mədəni abidələr haqqında məlumatlar, həmçinin, Səməd Vurğun, Məmməd Araz, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Solmaz Amanova, Mina Rəşid, və Gülzar İbrahimovanın qələmə aldıqları hərbi-vətənpərvərlik mövzusunda şeir və hekayələri də yer alıb.
Jurnalın elektron variantı ilə Respublika Uşaq Kitabxanasının internet ünvanında yaxından tanış ola bilərsiniz.
http://clb.az/gy-gura-02-2020_d3003.html