Ali Baş Komandanım
Ucaldın ucaldıqca,
Ali Baş Komandanım!
Şanına yazılacaq,
Ən uğurlu dastanım.
Əsrin ləyaqət əri,
Xalqının igid oğlu.
Yenilməz hünərindən,
Üzümüzə gün doğdu.
Ali Baş Komandanım!
Ordun bir tarix yazır.
Qarşında müntəzirdir,
Əmrinə hər an hazır.
Yürüşü bir od saçır,
Vuruşu yenilməzdir.
Şəhid ruhu göylərdə.
Vətənim əyilməzdir!
Ali Baş Komandanım!
Şücaətin danılmaz.
Canım Xan üzlü Şuşam!
Düşmən əlində qalmaz!
Bizə xoşbəxtlik verdi,
Cəsur, Baş Komandanım!
Xalqımın məbədgahı,
Vüqarım, mənim andım!
Qanad açıb uçuram
Qanad açıb uçuram,
Uçuram göyə sarı.
Sevinc payım çox düşüb,
Apar yurduma sarı.
Qubadlım, Cəbrayılım,
Füzulim, Şuşam gəlsin.
Zəngilan, Suqovuşan,
Laçın nur tək ələnsin,
Ağ üzlü oldu Ağdam,
Torpağı mərd əllərdə.
Cəsarətli vuruşlar,
Nəğmələnir dillərdə.
Qanad açıb uçuram,
Könlüm pırıl-pırıldı.
Duyğularım gül açıb,
Coşub, daşıb, duruldum.
Orduma qurban olum,
Qurban olum orduma.
Namusla, ləyaqətlə,
Çatdıracaq yurduma.
Qanad açıb uçuram,
Bu nə hal, nə həyacan.
Sağ olsun Baş Komandan!
Bütövdür Azərbaycan!