
"Azərbaycanda əhalidəki pulun dövriyyəyə cəlb edilməsi ilə bağlı müxtəlif mexanizmlər var".
Bunu Milli Məclisin dünən keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki, hökumətdə yeni mexanizmin hazırlığı da gedir:
"Bu, Qarabağ istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı olacaq. İnanıram ki, bu addım ən qısa zamanda öz effektini verəcək".



