
İqtisadiyyat Nazirliyinə məxsus "Azərlotereya" ASC dekabrın 14-dən "5/36", "6/40", "Yeni Binqo", "4+4", "Qış Möcüzəsi" və "Yeni il Sevincləri" tirajlı lotereyalarının keçirilməsini müvvəqəti dayandırıb.
525.az-a bu barədə şirkətin açıqlamasında bildirilib.
Məlumatda həmçinin deyilib ki, oyunlara fasilə verilməsinə səbəb ölkə ərazisində tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimidir.
Qeyd edək ki, satılmış lotereya biletlərinin dəyərini satış məntəqələri ödəyəcək.



