https://525.az/img/pics/medium/2024-05/312916_nxmkeus5vg.jpg “525-ci qəzet”in 8 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-05/312904_in59prssad.jpg Musiqi mədəniyyətimizin unudulmaz nümayəndəsi
https://525.az/img/pics/medium/2023-02/257825_fkw0ywfftr.jpg Fəhləlikdən elmin zirvəsinə doğru
https://525.az/img/pics/medium/2023-05/266810_fkv2yyen6x.jpg Mətbuat tariximizin tədqiqinə dəyərli töhfə - Nəsiman Yaqublu yazır
search
8 May 2024
7 May 2024
20:39

"ASAN xidmət" "YAŞAT" Fonduna ianə edən vətəndaşlara müraciət etdi

"ASAN xidmət" "YAŞAT" Fonduna ianə edən vətəndaşlara müraciət etdi

Son günlər “YAŞAT” Fondunun adından istifadə edilməklə vətəndaşlara ianələrin ödənişi üçün saxta hesab nömrələri, linklər təqdim olunur, sosial şəbəkələrdə saxta səhifələr yaradılır.

"ASAN xidmət"dən 525.az-a bildirilib ki, bu cür linklərdə, sosial şəbəkələrdəki paylaşımlarda tamamilə təhrif olunmuş məlumatlar əks olunur.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bildirir ki, bu cür addımların həyata keçirilməsi yolverilməzdir və həmin şəxslər barəsində qanunamüvafiq, tam ciddi məsuliyyət tədbirləri həyata keçiriləcək. Bu cür hallarla qarşılaşan vətəndaşlarımızdan xahiş olunur ki, “YAŞAT” Fondunun sosial şəbəkələrdəki səhifələrinə və 108 “Çağrı” Mərkəzinə müraciət etsinlər.

“YAŞAT” Fondunun sosial şəbəkələrdəki səhifələri aşağıdakılardır:

“Facebook” -  https://www.facebook.com/YASHATFondu

“İnstagram”- https://www.instagram.com/yashatfondu/

“Twitter” - https://twitter.com/yashat_fondu

“Linkedin” - www.linkedin.com/company/yaşat-fondu/

Fonda vəsait onlayn qaydada elektron ödəmə portalları, SMS vasitəsilə, bank köçürməsi vasitəsilə və ödəmə terminalları vasitəsilə toplanılacaq. Hazırda “ASAN ödəniş” portalı vasitəsilə də Fonda ianə göndərmək mümkündür. Keçid:  https://asanpay.az/

"YAŞAT" Fondunun bank rekvizitləri ilə http://vxsida.az/az/annouces/1493 keçidi vasitəsi ilə tanış olmaq olar.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.