|
|
|
|
Rusiya Prezidenti Vladimir Putinin dekabrın 17-də keçirilən ənənəvi illik mətbuat konfransı başa çatıb.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu il koronavirus pandemiyası ilə əlaqədar mətbuat konfransı onlayn formatda təşkil olunub. V.Putin suallara Moskva vilayətindəki Novo-Oqaryovo iqamətgahından cavab verib.
Sayca 16-cı dəfə keçirilən illik mətbuat konfransı dörd saat yarım davam edib və Prezident 68 suala cavab verib.