Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun 70 illik yubileyi münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Bəxtiyar Sadıqov - 70” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub.
525.az xəbər verir ki, virtual sərgidə Bəxtiyar Sadıqovun məqalələri, müəllifi, redaktoru olduğu kitablar, həyat və yaradıcılığı haqqında məqalələr, rəsmi sənəd, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Bextiyar_Sadiqov_70/index.html linkindən istifadə edə bilərlər.