https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Soçi olimpiadası başa çatdı

Soçi olimpiadası başa çatdı

Soçidə "Fişt" Olimpiya stadionunda təşkil olunan XXII Qış Olimpiya Oyunlarının bağlanış mərasimi başa çatıb.

Trend-in məlumatına görə, 25 min könüllünün qatıldığı olimpiadada 2 800-ə yaxın idmançı 7 idman növündə 98 dəst medal uğrunda mübarizə aparıb.

Rusiya Soçi olimpiadasında medal sayına görə birinci pillədə yer alıb - 13 qızıl, 11 gümüş, 9 bürünc. Norveç yığması 26 medalla (11-5-10) ikinci, Kanada millisi isə 25 medalla (10-10-5) üçüncü sırada qərarlaşıb.

Ümumilikdə Olimpiya Oyunlarında 26 ölkədən idmançılar medal qazanıb.

Azərbaycan bu olimpiadada 4 idmançı ilə təmsil olunsa da, mükafatçılar sırasına düşə bilməyib.

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Rusiya

13

11

9

33

2

Norveç

11

5

10

26

3

Kanada

10

10

5

25

4

ABŞ

9

7

12

28

5

Niderland

8

7

9

24

6

Almaniya

8

6

5

19

7

İsveçrə

6

3

2

11

8

Belarus

5

0

1

6

9

Avstriya

4

8

5

17

10

Fransa

4

4

7

15

11

Polşa

4

1

1

6

12

Çin

3

4

2

9

13

Cənubi Koreya

3

3

2

8

14

İsveç

2

7

6

15

15

Çexiya

2

4

2

8

16

Sloveniya

2

2

4

8

17

Yaponiya

1

4

3

8

18

Finlandiya

1

3

1

5

19

Böyük Britaniya

1

1

2

4

20

Ukrayna

1

0

1

2

21

Slovakiya

1

0

0

1

22

İtaliya

0

2

6

8

23

Latviya

0

2

2

4

24

Avstraliya

0

2

1

3

25

Xorvatiya

0

1

0

1

26

Qazaxıstan

0

0

1

1

Olimpiadada ən çox idmançı ilə ABŞ (230 nəfər) təmsil olunub. Ev sahibi Rusiya isə 225 idmançı ilə yarışıb.

Yarışlar 11 idman infrastrukturunda təşkil olunub. Bu obyektlərin ümumi tamaşaçı tutumu 120 min nəfərdir. İdman obyektləri sırasında ən böyüyü "Fişt" Olimpiya stadionudur. Ümumilikdə 88 ölkənin qatıldığı yarışları 3 milyarddan artıq tamaşaçı seyr edib.

XXII Qış Olimpiya Oyunlarında bir neçə göstərici üzrə rekord da müəyyənləşib. Soçidə 88 ölkədən idmançılar çıxış edib ki, bu da 4 il bundan əvvəl Vankuverdə keçirilmiş Oyunlardan 6 ölkə çoxdur. Ümumilikdə 98 medal dəsti uğrunda mübarizə gedib ki, bu da 2010-cu ildəkindən 12 dəst çoxdur.

Qeyd edək ki, Soçidə XI Qış Paralimpiya Oyunları isə martın 7-dən 16-dək keçiriləcək. Paralimpiya Oyunlarında 72 dəst medal öz sahibini tapacaq.

 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.