Türkiyədə fəaliyyətdə olan AZEDER - Azərbaycan Təhsil Mədəniyyət və Yardımlaşma Dərnəyi İstanbulda təhsil alan Azərbaycanlı tələbələrin iştirakı ilə Xocalı Soyqırımı haqqında "Faciəni Hiss et - Anlamağınız Üçün Yaşamağınızmı Lazımdır?" başlıqlı qısa film çəkib.
Dərnəkdən 525.az-a verilən məlumata görə, film İstanbulun ən böyük meydanlarından biri olan Sultanahmet meydanında çəkilmişdir. İstanbula gələn turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri olan bu meydanda Xocalı Soyqırımı qısa formada canlandırılmışdır.