Dünən Los Ancelesin mərkəzində Ermənistan Gənclər Federasiyasından və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlarla “edam” ediblər.
525.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu "Twitter"də paylaşım edib.