|
|
|
|
Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, təlimlərin planına uyğun olaraq qərargahlarda vəziyyətin qiymətləndirilməsi aparılır və müvafiq tapşırıqlar verilir.
Qəbul edilmiş qərarlara müvafiq olaraq raket və artilleriya bölmələri tapşırıqları icra edir.



