Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjelo Qnadingerlə və İsveçrənin Ermənistandakı səfiri Lukas Qasserlə görüşüb.
Trend-in məlumatına görə, bu barədə "Armenia Today" Şuranın mətbuat xidmətinə istinadən xəbər yayıb.
Görüş zamanı Ermənistan-Aİ münasibətləri, regional təhlükəsizlik məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi müzakirə olunub.