“Şagird-məzun” sisteminə ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların daxil edilməsi prosesi davam edir.
Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. 2013/2014-cü tədris ilinin təqvim planına əsasən, şagirdlər haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi aprelin 30-da sona çatır.
TQDK bununla əlaqədar şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinə müraciət edərək bildirib ki, daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər.