|
|
|
|
9 Noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı Günüdür.
Bu il bayraq günümüz daha bir məna ilə gözəlləşir. Bir il öncə başlanan və qələbəmizlə yekunlaşan şanlı Vətən müharibəsi zamanı bayrağımız ata yurduna - doğma Qarabağa geri döndü. Şəninə şeirlər yazılan, mahnılar bəstələnən müqəddəs bayraq Qarabağa tələsirdi.
Əlinə silah alıb, köksünə ay-ulduzlu mübarək bayrağı sıxan minlərlə gənc isə onu Qarabağda dalğalandırmağa tələsirdi. Ölümü gözündə boğan Vətən oğulları hüququndan keçməyə, namusunu hifz etməyə, bayrağını yüksəltməyə tələsirdi...
Köksündə qoruduğu bayrağı adım-addım, oba-oba, kənd bə kənd sancaqlarda ucaltdıqca qürurlanıb dağa döndük. Ordumuzdan gələn hər xəbəri, dalğalanan bayrağımızı izlədikcə birlikdə dedik: "Sənə hər an can qurban!"
“525-ci Kanal” Dövlət Bayrağı Gününə özəl videoçarxını təqdim edir:
Mətnin müəllifi: Afaq Rza
Səsləndirən, videoqraf: Nigar Abbasova