|
|
|
|
TƏKBƏTƏK
Hərdən qalmaq istəyirəm,
özüm özümlə təkbətək.
Nə könlümdən keçər, olsa
gözüm gözünlə təkbətək.
Bar gətirən ağac idim,
dərd köçürən sayğac idim.
Baş götürüb hara gedim?
sözüm sözünlə təkbətək.
Nə hasil oldu şeirdən? –
yaxa qurtardım sehirdən.
Mən ölmüşəm, götür yerdən,
üzüm üzünlə təkbətək.
Mən bir mağmın, sən bir qoçaq,
sevinc məndən düşüb qaçaq.
Buza dönüb isti ocaq –
közüm közünlə təkbətək.