|
|
|
|

Türkiyə ilə münasibətlərini pozan Suriya İranla müqavilə bağlayıb.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriya ilə İran arasında isti münasibətlər davam edir. İranda dərc olunan “Tehran Times” qəzetində verilən məlumatlara görə, Türkiyə, İordaniya və Misirlə münasibətlərini pozan rəsmi Dəməşq İranla müqavilə bağlayıb.
Türkiyə 10 gün əvvəl Suriyaya elektrik enerjisinin verilməsini dayandırıb. 3 ay öncə iki ölkə arasında əldə olunan gizli razılığa görə isə İran Suriyaya 250 megavat həcmində elektrik enerjisi verəcək.
Nigar Məhərrəm



