Görkəmli musiqişünas, AMEA-nın müxbir üzvü, Əməkdar İncəsənət və Elm xadimi, professor Zemfira Səfərovanın "Azərbaycan musiqisi" kitabı Polşada nəfis şəkildə, min nüsxə tirajla nəşr olunub. Kitabda "Kitabi Dədəm Qorqud"dan, Urməvidən, Marağayidən, Nəvvabdan Üzeyir Hacıbəyova və çağdaş Azərbaycan bəstəkarlarına qədər musiqimizin tarixi nəzərdən keçirilir.
Polyak dilinə kitabı Lolita Komrovska çevirib. Ölkəmizin Polşadakı səfiri Həsən Həsənov kitaba önsöz yazıb. Kitabda Azərbaycanın görkəmli musiqi xadimlərinin portretləri, xalq çalğı alətlərimizin və Muğam Mərkəzinin şəkilləri verilib.