ABŞ KXDR ilə ilkin şərt olmadan danışıqlar aparmağa hazırdır.
525.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.
“Biz diplomatik danışıqlara üstünlük vermək fikrimizdə qalırıq. Biz Pxenyana heç bir ilkin şərt olmadan masaya əyləşməyə hazır olduğumuzu bildirmişik”, deyə Kirbi “Fox News”a bildirib.
“Görünür, Kim Çen In başqa yolla getmək istəyir. Lakin biz istər Koreya yarımadası, istərsə də regionda hərbi hazırlığımızdan əmin olmalıyıq”, deyə Pentaqon rəsmisi vurğulayıb.
Qeyd edək ki, Şimali Koreya bazar günü növbəti raket sınağı keçirib.