Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 374 701 198 nəfərə çatıb.
525.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 664 012 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 74 333 001 nəfərə çatıb, 884 260 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 41 302 440 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 495 050 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 25 360 647 nəfər virusa yoluxub, onlardan 627 150 nəfəri ölüb.