"Ukraynadakı böhranın kökü NATO-nun təhrikedici addımlarındadır".
525.az APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan öz Tvitter səhifəsində yazıb. O bildirib ki, İran münaqişənin həlli yolunu müharibəyə əl atmaqda görmür:
"Atəşkəsin təmin edilməsi və demokratik və siyasi həll yoluna diqqət etmək bir zərurətdir" - o deyib.