|
|
|
|

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından olan nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən 525.az-a verilən xəbərə görə, qonaqları salamlayan Səməd Seyidov regionda yaranmış reallıqlardan, dayanıqlı sülhün və əməkdaşlığın bərqərar olmasının vacibliyindən danışıb, azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.



