Pakistanın iqlim dəyişiklikləri naziri Şerri Rəhman səlahiyyətliləri dəhşətli istilərlə mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb.
Bu barədə 525.az “Channel News Asia” agentliyinə istinadən xəbər verir.
Onun sözlərinə görə, aprel ayının əvvəlindən Cənubi Asiya, xüsusilə Hindistan və Pakistanda rekord istilər qeydə alınıb. Belə ki, Pakistanın bəzi bölgələrində havanın hərarəti 47 dərəcəyədək yüksəlib.
Hindistan Səhiyyə Nazirliyi bildirib ki, ölkə hakimiyyətini həddindən artıq istilərlə bağlı sağlamlıq problemləri COVID-19-un gözlənilən növbəti dalğasından daha çox narahat edir.