|
|
|
|

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.
“525.az" xəbər verir ki, bununla da Komissiyanın iclasları başa çatıb.
Belə ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb.
Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.
***
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası başlayıb.
"525.az" xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.
***
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
525.az-ın xəbərinə görə, toplantıda əfvlə bağlı müraciətlərə baxılacaq.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iclaslarında əfvlə bağlı 500-dən artıq müraciətə baxılıb.



